<

“Ən tənbəl vətəndaş” adı üçün yarışdılar  

12:33 - 3 Oktyabr 2023

“Ən tənbəl vətəndaş” adı üçün yarışdılar  

Monteneqronun Brezna Etno kəndində avqustun 18-də başlayan ölkənin yumoristik ənənələrindən olan “uzun yatma” yarışması 46 gündür davam edir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 21 nəfərlə başlayan müsabiqədə hazırda cəmi 3 nəfər qalıb. Müsabiqənin qalibinə 1000 avro və “ən tənbəl vətəndaş” adı veriləcək.

Bu il 12-ci dəfə keçirilən maraqlı yarışmada 46-cı günə daxil olan yarışmaçılar 1080 saatı geridə qoyublar.

Müsabiqə qaydalarına əsasən, müsabiqə iştirakçılarına yatmaq, yemək-içmək ehtiyaclarını ödəmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verildiyi halda, ayağa qalxmaq qayda pozuntusu hesab olunur. Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəyə bilərlər.

Aygün

Manşet.az


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin