Ötən ay bahalaşan məhsullar - SİYAHI
15 Yanvar 2025
12:23 - 3 Oktyabr 2023
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri uğurla davam edir. 30 il işğala, vandalizmə və barbarlığa məruz qalmış tarixi torpaqlarımıza Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində artıq, həyat yenidən qayıdır. Tarixi torpaqlarımızın yenidən canlandırılması və burada baş verən barbarlığın dünyaya göstərilməsi baxımından beynəlxalq tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə beynəlxalq səviyyəli tədbirlərdən biri də cari ilin sentyabr ayının 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu işə başlamasıdır. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda “Şəhərsalma həftəsi” çərçivəsində reallaşıb. Üç gün davam etmiş forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusuna dair inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Forumun açılışı Zəngilanda yeni inşa edilən Konqres Mərkəzində keçirilib.
Azərbaycan ev sahibliyi etdiyi bu beynəlxalq Forum artıq ikinci dəfədir ki, məhz işğaldan azad edilmiş şəhərlərimizdə keçirir. Ötən il 1-ci Şəhərsalma Forumu Ağdam şəhərində təşkil olunmuşdu. Bu il isə, form Zəngilan şəhərində keçirilib. Bununla Azərbaycan bütün dünya ictimaiyyətinə işğaldan azad edilmiş və əbədi qayıtdığımız torpaqlarda həyatın necə sürətlə dəyişdiyini, canlandığını, bu ərazilərdə gedən yenidənqurma işlərinin vüsətini bir daha əyani şəkildə nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev çıxışında qeyd etdiyi məsələlərdə 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar öz əksini tapıb. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Bu ərazilərdə qurub-yaratmaqla məşğul olan Azərbaycan bununla həm də öz niyyətini- sülh və əmin-amanlıq istəyini dünyaya nümayiş etdirir.
Bu gün biz Qarabağda Böyük Qayıdış planının reallaşdırılması istiqamətində irimiqyaslı işlərin görülməsinin şahidi oluruq. Təsadüfi deyil ki, dövlətimizin başçısı doğma torpaqlarımızda bütün quruculuq, yenidənqurma işlərini diqqətdə saxlayır, viran edilmiş tarixi kənd və rayonlarımızın müasir üslubda təməllərinin qoyulmasında iştirak edir. Onun azad edilən şəhər və rayonlarımıza həssas yanaşması xalqımız tərəfindən təqdir edilir.
Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və buna görə də həmin ərazilər sıfırdan bərpa edildiyindən orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Ona görə də Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Daha sonra həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilə bilər. Qeyd edək bu proses tam surətlə davam edir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası və orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin ölkə iqtisadiyyatında payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı qeyri neft sektorunun inkişafını əsaslı şəkildə dəstəkləyəcəkdir. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır.
Zahid Cəfərov
YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin