ABŞ-ın Yuta ştatının Moab şəhərində kiçik təyyarə havaya qalxdıqdan sonra qəzaya uğrayıb və nəticədə 4 nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə olan Şimali Dakota senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı qəza nəticəsində dünyasını dəyişib.
Şimali Dakota ştatı Senatının lideri Devid Hoqun senatorlara Duq Larsennin ölümü ilə bağlı başsağlığı mesajı göndərib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası X sosial media platformasında təyyarənin qəzaya uğramasının səbəbinin araşdırıldığını bildirib.
Aygün
Manşet.az