<

Əliyar Ağayev Avroliqanın qrup oyununda

09:54 - 3 Oktyabr 2023

Əliyar Ağayev Avroliqanın qrup oyununda

UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

 

Manset.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Qeyd edək ki, oyunun VAR hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdır.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin