<

Rusiyaya qarşı yeni SANKSİYALAR

23:12 - 2 Oktyabr 2023

Rusiyaya qarşı yeni SANKSİYALAR

Norveç Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşulub.

 

Manset.az xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiyalar aviasiya və kosmik sənaye məhsullarına aiddir və “Rusiyanın hərbi-texnoloji və ya təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək” malların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.

“Ukrayna ilə həmrəylik əlaməti olaraq biz Aİ-nin bütün sanksiya paketlərini dəstəklədik. 11-ci sanksiya paketi mövcud məhdudiyyətləri gücləndirməyə və onlardan yayınma ilə mübarizəyə yönəlib. Bu, çox vacibdir, çünki Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi pul axınının dayandırılması təcilidir”, - Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib.


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin