<

Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı

21:47 - 2 Oktyabr 2023

Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı

Oktyabrın 2-də Ermənistan ordusunun 1əsgəri ölüb, 2-si isə yaralanıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi dezinformasiya yayaraq bildirilir ki, guya Azərbaycan ordusunun ərzaq daşıyan avtomobil istiqamətində atəşə tutması nəticəsində itkilər olub.

Həlak olan hərbçi ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Aram Tiqran Köçəryanıdır.

Hazırda 2 yaralı hərbçinin həyatı təhlükədə deyil, onlar hərbi hospitala yerləşdirilib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin