17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Manset.az xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda milli Lüksemburq yığması ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək.