Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
20:40 - 2 Oktyabr 2023
2020-ci ilin noyabrında müharibənin dayandırılması ilə bağlı razılaşmanın imzalanması vaxtı guya Putinin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı söhbətlər yalandır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bu müqavilədə deyilir ki, Qarabağ sülhməramlı kontingentin məsuliyyət zonasıdır və orada Qarabağın yekun statusu ilə bağlı dialoqun davam etdiriləcəyinə dair ümumi anlaşma olub. Daha sonra Paşinyan Praqada keçirilən növbəti Avropa sammitində Ermənistan və Azərbaycanın 1991-ci il sərhədləri daxilində bir-birini ərazi bütövlüyünü tanıyacağına dair sənəd imzaladı və bununla da məsələ bağlandı. Həmin sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olması qeyd olunmamışdı. Amma bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər”, - Rusiya XİN başçısı vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin