Kürdəmirdə yol qəzası baş verdi - Yaralılar var

20:11 - 02 Oktyabr 2023

Kürdəmirdə yol qəzası baş verdi - Yaralılar var

Kürdəmirdə yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən  xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes”lə "VAZ 2107"-nin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar - 1984- ci il təvəllüdlü Elməddin Ziyadxan oğlu Məhərrəmov və 1992-ci il təvəllüdlü Zamin Əhmədxan oğlu Məmmədov ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv