"Qarabağ"ın rəqibində koronavirusa yoluxma halları aşkarlandı

19:29 - 24 Sentyabr 2021

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat"ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

Manşet.az-ın məlumatına görə, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri müsbət çıxıb. Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda "Şaxtyor"u və "Akjayik"lə çempionat oyunlarını, həmçinin İsveçrə "Bazel"i ilə isə Konfrans Liqasının qrup matçını buraxacaqlar.

Qeyd edək ki, "Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıya səfər edəcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin