Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Miguel Crespo sözləşməsinin müddətini uzadıb.
Manset.az xəbər verir ki, bu barədə "Fənərbaxça" klubunun rəsmi saytında məlumat yayılıb.
Məlumatda bildirilir ki, 27 yyarımmüdafiəçinin müqaviləsi 2024-2025 mövsümünün sonuna qədərdir.
Sözləşmədən sonra danışan Migel Krespo: “Bu, mənim və ailəm üçün çox xüsusi bir məqamdır. Yenidən "Fənərbaxça" ailəsi ilə birlikdə olduğum və burada davam etdiyim üçün çox xoşbəxtəm. Mən eyni şəkildə işləməyə davam edəcəyəm" deyib.
Jalə
Manşet.az