Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
14:17 - 2 Oktyabr 2023
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin Trend-ə özəl müsahibə verib.
Manset.az həmin müsahibəni təqdim edir:
- Cənab Baş prokuror, xoş gördük, ilk növbədə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü münasibətilə sizi, rəbərlik etdiyiniz qurumun əməkdaşlarını təbrik edirik.
Çox sağolun, təşəkkür edirəm!
- Ölkəmizdə bütün sahələrdə olduğu kimi hüquq-mühafizə orqanlarının, o cümlədən qanunların icra və tətbiqinə birbaşa nəzarət edən prokurorluq orqanlarında islahatlar davamlı şəkildə aparılır. Son 3 ildə prokurorluq orqanlarında aparılan islahatların nəticəsi barədə məlumat verərdiniz.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar prokurorluq orqanlarından da yan keçməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilmiş, Sərəncamla Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna daxil olan qurumların sayı 15-dən 18-ə çatdırılmışdır. Yeni Cinayət təqibindən kənar icraatlar, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi və Xidməti araşdırmalar idarələri yaradılmış, həmçinin Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmişdir.
Bundan başqa, prokurorluq orqanlarında idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınaraq Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” hazırlanmış və Baş Prokurorluğun Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Qaydalarla ilk dəfə olaraq təşkilati iş və icraya nəzarət səlahiyyətləri ilə prokurorluq işçiləri barədə xidməti yoxlama və digər müvafiq hallarda araşdırmalar aparmaq səlahiyyətləri bir-birindən ayrılaraq sonuncu səlahiyyət yeni yaradılmış Xidməti araşdırmalar idarəsinə həvalə edilmişdir.
Bundan başqa, xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınmaqla, prokurorluq işçiləri tərəfindən icra və əmək intizamının, habelə etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, şəffaflıq və korrupsiyaya qarşı mübarizə qaydalarının pozulmasına dair toplanmış materiallara intizam və etik davranış icraatlarında baxıb, intizam tənbehinin tətbiq olmasına dair rəy vermək səlahiyyətləri olan İntizam və Etik Davranış komissiyaları və ad hoc qurumlar olan digər komissiyalar yaradılmaqla fəaliyyət göstərməkdədir.
“İşin Təşkili Qaydaları” ilə rayon (şəhər) prokurorluqlarının ibtidai araşdırmaya prosessual rəhbərlik üzrə səlahiyyətləri onların özlərinə qaytarılmışdır. Belə ki, artıq rayon (şəhər) prokurorları rayon (şəhər) prokurorluqlarında və rayon (şəhər) daxili işlər orqanlarında istintaqı aparılan cinayət işləri üzrə ibtidai araşdırmaya özləri prosessual rəhbərlik edir və ittiham aktlarını özləri təsdiq edirlər.
Aparılmış kadr və təşkilati xarakterli islahatların müsbət nəticəsini fəaliyyətimizə dair göstəricilərdə müşahidə etmək mümkündür.
- Bu il Qəbələdə və Laçında prokurorluq orqanlarının yeni inzibati binalarının istifadəyə verilməsi mərasimləri baş tutdu. Yaxın zamanlarda bölgələrimizdə və eyni zamanda azad olunmuş ərazilərdə prokurorluq binalarının açılışı və köçürülməsi nəzərdə tutulurmu?
Hazırda işğaldan azad edilmiş ərazilərdə rayon prokurorluqları və ərazi hərbi prokurorluqları onlar üçün müvəqqəti ayrılmış inzibati binalarda fəaliyyət göstərirlər.
Onu qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq aparılmış təhlillər nəticəsində yeni inzibati binaların tikintisi zəruri olan rayon və ərazi hərbi prokurorlar müəyyən edilərək aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları üçün xidməti evlərin tikilməsi istiqamətində də işlər görülməkdədir.
Təbii ki, bu işlər hər bir rayonun Baş Planı təsdiq edildikdən sonra həmin plana uyğun olaraq aparılır və hazır olduqca həmin binaların açılışı həyata keçiriləcəkdir.
Xüsusi qeyd olunmalıdır ki, bu işlərin həyata keçirilməsi cənab Prezident İlham Əliyevin prokurorluğa olan diqqət və qayğısı nəticəsində mümkün olur. Hazırda bir neçə rayon prokurorluğunun yeni inzibati binasının inşası aparılır. Belə ki, Pirallahı, Nəsimi, Nərimanov, Şəki, Kürdəmir rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi həyata keçirilir. Yəqin ki, yaxın zamanlarda həmin binaların açılışları olacaqdır.
- Mütəmadi olaraq prokurorluq əməkdaşları xarici ölkələrdə müxtəlif kurslarda iştirak edirlər, tədbirlərə qatılırlar və eyni zamanda sizin başçılıq etdiyiniz nümayəndə heyəti ilə müxtəlif xarici ölkə nümayəndələri arasında görüşlər də keçirilir, beynəlxalq əməkdaşlıq genişlənir. Bu işlərin müsbət tərəfləri və görülən işlər barədə məlumat verməyinizi istərdik.
Azərbaycan Respublikasının Baş Prokurorluğu öz fəaliyyət istiqamətləri daxilində xarici dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanları, eləcə də nüfuzlu beynəlxalq təşkilatları ilə daim münasibətləri inkişaf etdirir. Prokurorluq əməkdaşlarının beynəlxalq konfranslarda və kurslarda iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də müvafiq işçi əlaqələrin qurulmasına xidmət edir. Sentyabrın 15-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İƏT-ə üzv dövlətlərinin Baş prokurorlarının 4-cü görüşü bu əlaqələrin daha da genişləndirməsinə yol açıb. Hər iki mötəbər tədbir çərçivəsində cinayətkarlıq mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq və digər məsələlər müzakirə edilmiş, müvafiq sənədlər imzalanmışdır.
Eyni zamanda onu qeyd etmək istəyirəm ki, sentyabr ayının 24-28-də Böyük Britaniyanın London şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında rəhbərlik etdiyim nümayəndə heyəti iştirak edib. Qürurverici haldır ki, dünya prokurorlarını birləşdirən təşkilatın növbəti il nəzərdə tutulan 29-cu konfransı 2024-cü ildə Bakı şəhərində keçiriləcəkdir.
- Tez-tez mediada xəbərləri görürük ki, prokurorluq orqanları tərəfindən uzun illər əvvəl törədilmiş və bağlı qalmış cinayətlərin üstü açılıb. Oxucularda və biz jurnalistlərdə də bu sual hər zaman yaranır. Prokurorluq əməkdaşları buna necə nail ola bilirlər?
Məlumat üçün qeyd edim ki, 01 may 2020-ci il tarixdən hazırkı vaxtadək qeyri-aşkar şəraitdə törədilmiş 35 qəsdən adam öldürmə cinayətinin daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər ifşa edilmişdir.
Bağlı qalmış cinayət işlərinin açılması təbii ki, peşəkarlıq, əzmlə çalışmaq tələb edir. Təbii ki, uzun müddət bundan əvvəl baş vermiş cinayət faktları üzrə sübutların toplanması prosesində hadisənin üzərindən vaxt ötməsi baxımdan obyektiv çətinliklər olur. Lakin buna baxmayaraq prokurorluq əməkdaşları işə peşəkar yanaşmaq, sübutların təhlil olunması, o cümlədən müasir texnologiyadan istifadə etməklə bağlı qalmış cinayət işlərinin açılmasına nail olurlar.
Ötən illərdən bağlı qalmış qəsdən adamöldürmə faktları ilə bağlı olan cinayət işləri daim öyrənilir və həmin işlərin açılması istiqamətində görüləcək işlə müzakirə edilməklə planlaşdırılır və həmin plana uyğun olaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
- Qarabağda Ermənistan tərəfindən törədilən cinayətlər və onların beynəlxalq aləmdə cinayət məsuliyyətinə cəlb olunması üçün hansı işlər görülür? İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən döyüşən muzdlular mövcud idi, onların tutulması istiqamətində hansı irəliləyiş əldə olunub?
Baş Prokurorluğun İstintaq idarəsində Ermənistan Respublikasının hərbi-siyasi rejimi tərəfindən BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulması ilə əlaqədar 8 cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işləri üzrə 17 nəfər xarici ölkə vətəndaşları (Rusiya, Gürcüstan, Fransa) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və həmin şəxslərin “İnterpol”un Milli Mərkəzi Bürosu vasitəsi ilə beynəlxalq axtarışa verilməsi təmin edilmişdir. Həmin şəxslər sosial şəbəkələrdə öz müsahibələrində işğal olunmuş ərazilərimizdə Ermənistan Silahlı Qüvvələrinin sırasında olmalarını bildirmişlər və həmin şəxslərin döyüşlərdə iştirak etmələrini əks etdirən foto və video materiallar mövcuddur. Həmin şəxslərin tutulub istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir, o cümlədən bununla bağlı aidiyyəti ölkələrə çoxsaylı hüquqi yardım haqqında vəsatətlər də göndərilmişdir.
- Son dövrlər baş verən hadisələr prokurorluq orqanlarının saat dəqiqliyi ilə işlədiyini bizə sərgilədi. Xüsusən, Vaqif Xaçatryanın həbs olunması və onun cinayət işinin dəqiqliklə aparılması, məlumatların toplanılması, bundan əlavə olaraq, Azərbaycan bayrağını təhqir edən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və həbsi. Bütün bu cinayət işlərinin dəqiqliklə və əhatəli şəkildə aparılmış olması heyranlıqla qarşılanır. Bu prosesin necə aparıldığı barədə məlumat vermənizi istərdik.
Bu işlərin yüksək dəqiqliklə və əhatəli şəkildə aparılmasını prokurorluqda mütəmadi olaraq aparılan islahatlar, o cümlədən kadr islahatları, prokurorluğa müsabiqə yolu ilə savadlı kadrların qəbulu, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərin mütəmadi olaraq təlimlərə cəlb edilməsi və prokurorluğun kadrlarına peşəkar rəhbərliyin həyata keçirilməsi ilə izah etmək olar.
- Mətbuatda, sosial şəbəkələrdə cinayət işləri ilə bağlı xəbərlərə çox geniş yer verilir və bəzi məlumatlar açıq şəkildə paylaşılır. Bu, prokrorluq orqanlarının işini nə qədər çətinləşdirir və bu prosesin qarşısının alınması üçün hansı işlər görülür və planlaşdırılır?
Suala görə təşəkkür edirəm. Aktual mövzuya toxundunuz. Hazırda texnologiya əsrində yaşayırıq və bu sahədə inkişafın nəticəsi olaraq insanların sosial media və internet resursları əsasında informasiyaya çıxışı asanlaşıb. Sosial media və şəbəkələr artıq həyatımızın bir parçasına çevrilib desək, məncə yanılmarıq. İnformasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə qanunvericilik geniş hüquqlar verilməklə yanaşı, müəyyən tələblərə riayət etmək vəzifəsini də müəyyənləşdirir. Buna misal olaraq mediada məlumatlar paylaşılan zaman təqsirsizlik prezumpsiyasının, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı halda şəxsin cinayəti törətməsi, onun cinayətkar olması barədə məlumat paylaşılması, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməsi, istintaq sirrini təşkil edən məlumatların yayılması və s. yayılması qadağan olan məlumatların paylaşılmasını qeyd etmək olar.
Təəssüflər olsun ki, sosial media platformalarında aparılan monitorinqlər zamanı vətəndaşlarımız tərəfindən qanun pozuntularına yol verilməsi tərəfimizdən aşkar olunur. Prokurorluq orqanları tərəfindən bu kimi xoşagəlməz hallara qarşı tədbirlər görülür. Belə ki, 2020-ci ilin mayından hazırkı vaxtadək sosial media və platformalarda, o cümlədən internet kommunikasiya ehtiyatlarında qanunla qadağan olunmuş informasiyaları yaymağa görə 19 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunaraq barələrində inzibati həbs və ya cərimə növündə tənbeh tədbiri tətbiq olunub, 82 nəfərə qanun pozuntularından çəkindirmək məqsədilə prokuror təsir tədbiri olan xəbərdarlıq elan edilib, 1 media qurumu barədə isə məhkəmədə mülki iddia qaldırılıb.
Lakin biz təkcə şəxsləri məsuliyyətə cəlb etməklə bu xoşagəlməz halların tamamilə qarşısının alınacağını düşünmürük. Bu səbəbdən tərəfimizdən mütəmadi olaraq preventiv tədbirlər görülür və proaktiv fəaliyyət həyata keçirilir.
Bu məqsədlə mütəmadi olaraq müxtəlif maarifləndirici məlumat və videolar, kontentlər hazırlanaraq paylaşılır, təlim, seminar və konfranslar təşkil edilir, eləcə də digər tədbirlər həyata keçirilir.
Hədəfimiz insanların sosial media vasitəsilə düzgün informasiyaya çıxışı təmin etməkdən ibarətdir.
- Prokurorluq oqranlarında rəqamsallaşma prosesi sürətlə gedir, eyni zamanda "Elektron Prorkurorluq" sisteminin yaradılması ilə bağlı işlər nə yerdədir?
Prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sisteminin yaradılması istiqamətində intensiv surətdə işlər yerinə yetirilmiş və hazırda sistemin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.
Artıq cari ilin mart ayından bütün prokurorluq orqanlarında daxil olmuş sənədlərin elektron qeydiyyatı aparılmaqla vətəndaşların müraciətlərinə daha operativ baxılması təmin edilmiş, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla struktur qurumlar və tabe prokurorluqlar arasında sənəd mübadiləsinin “kağızsız” qaydada aparılması təşkil edilmişdir.
Qarşıdakı dönəmdə “Elektron prokurorluq” informasiya sisteminin cənab Prezident İlham Əliyevin 1 avqust 2023-cü il tarixli Fərmanı ilə yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiyası bu sahədə vacib vəzifələrdən biri kimi müəyyən edilməklə digər dövlət orqanları ilə sənəd mübadiləsinin real vaxt rejimində qurulmasına, qurumlararası yazışmalar zamanı vaxt itkisinin minimuma endirilməsinə səbəb olacaqdır.
Eyni zamanda prokurorluğun əsas fəaliyyət istiqamətlərindən olan istintaq fəaliyyəti ilə bağlı da müvafiq modul hazırlanaraq test rejimində istifadəyə verilmişdir. Bu modul cinayət işlərinin rəqəmsallaşdrılmasına, araşdırmanın tezliyinin artırılmasına imkan verəcəkdir.
Bununla yanaşı “Elektron prokurorluq” informasiya sisteminin Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” İnformasiya Sisteminə inteqrasiya edilməsi ilə bağlı görülən işlər yaxın zamanlarda başa çatdırılacaqdır.
Həmçinin, “Elektron prokurorluq” informasiya sisteminin mövcud məlumat bazalarına qoşulmaqla zəruri olan məlumatların real vaxt rejimində əldə edilməsi təmin edilmişdir. Hesab edirəm ki, “Elektron Prokurorluq” informasiya sistemindən tam şəkildə istifadənin həyata keçirilməsi prokurorluq orqanlarının funksional vəzifələrinin müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə yerinə yetirilməsinə, görülən işləri tam elektronlaşdırılmaqla informasiya ehtiyatlarının analitik təhlilini aparmağa və son nəticədə gündəlik işimizdə effektivliyin artmasına rəvac verəcəkdir.
- Mediada paylaşılan məlumatlardan görünür ki, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları sərt mövqe sərgiləyir. Müxtəlif dövlət qurumlarında keçirilən silsilə anti-korrupsiya tədbirləri cəmiyyədə olduqca müsbət qarşılanır. Bu sahədə əldə olunmuş nəticələr barədə məlumat verməyinizi xahiş edərdim.
Bununla bağlı qeyd edim ki, cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mövqeyi prokurorluq orqanlarının bu sahədə məsuliyyətini də daha da artırır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi bu sahədə ölkə başçısının siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olmuşdur.
Cinayətkarlığa qarşı mübarizədə əsrimizin sosial bəlası hesab edilən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılması məqsədilə ixtisaslaşmış cinayət təqibi orqanının – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi prokurorluğa ölkə başçısının inam və etimadı, qurumun cəmiyyətdəki roluna verilən əhəmiyyətin təzahürü kimi xüsusi vurğulanmalıdır.
Məlum olduğu kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “161 Qaynar xətt” əlaqə mərkəzi 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir. Daxil olmuş məlumatlar əsasında, əməliyyat-axtarış tədbirləri həyata keçirilir və korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin cinayət başında yaxalanması təmin edilir.
Qeyd edim ki, ötən bir il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 349 şəxs barəsində 236 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmçinin 40 əməliyyat tədbiri ilə 49 şəxs cinayət başında yaxalanmış, 29 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 168 cinayət işi başlanmışdır.
Bu müddətdə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən 82-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, nəticədə 72 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.
- Kamran müəllim, maraqlı müsahibəyə və bizə vaxt ayırdığınıza görə təşəkkür edirik.
Sağ olun. Təşəkkür edirəm.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin