<

Zaqatala sakininin əlində qumbara partladı - Yenilənib

23:35 - 30 Sentyabr 2023

Zaqatala sakininin əlində qumbara partladı - Yenilənib

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü  Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.

***

Zaqatala sakininin əlində qumbara partlayıb, vəziyyəti ağırdı.

Manset.az xəbər verir ki, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin