<

“Liverpul” hakimin şübhəli qərarlar verdiyi matçdan məğlub ayrılıb

22:54 - 30 Sentyabr 2023

“Liverpul” hakimin şübhəli qərarlar verdiyi matçdan məğlub ayrılıb

İngiltərə Premyer Liqasını 7-ci turunda “Tottenhem” “Liverpul”u qəbul edib.

 

Manset.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Tottenhem Hotspur” stadionunda baş tutub.

Tərəflərin qarşılıqlı hücumları ilə başlayan matçın 24-cü dəqiqəsində “qırmızılar” azlıqda qalıblar: hakim Saymon Huper VAR-a baxdıqdan sonra Körtis Consun meydandan qovub. 9 dəqiqə sonra “Liverpul”un kolumbiyalı futbolçusu Luis Dias hesabı açmağa yaxın olub, lakin yan hakim şübhəli məqamda bayrağını havaya qaldıraraq ofsayd qeydə alıb. Baş hakim VAR-a baxdıqdan sonra növbəti dəfə şübhəli qərar verərək qolu qeydə almayıb. 36-cı dəqiqədə londonlular hesabda irəli çıxmağa bacarırlar: “Liverpul”un müdafiəsini yaran Meddison topu Rişarlisona ötürüb, o isə, öz növbəsində, topu cərimə meydançasındakı Son göndərib və koreyalının zərbəsindən sonra hesab açılıb. Birinci hissənin əlavə edilmiş 4-cü dəqiqəsində Mersisayd təmsilçisi azlıqda olmasına baxmayaraq, status-kvonu bərpa edib: Qakpo zədəli ayağı ilə topu tora qovuşdurub. 69-cu dəqiqədə “qırmızılar”ın sayı yenidən azalıb: Dioqo Jota ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb. İkinci hissəyə əlavə edilmiş 6 dəqiqənin son saniyələrində “mahmızlar” 3 xalı “Liverpul”dan qopara biliblər: Matip avtoqola imza atıb.

Beləliklə, “Liverpul”un 9 nəfərlə oynadığı matç “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 7 oyundan sonra “Tottenhem”in - 17, “Liverpul”un isə aktivində 16 xal var. Komandalar müvafiq olaraq iki və üçüncü pillələrdə qərarlaşıblar. “Liverpul”un yenilməsi ilə “Mançester Siti” məğlubiyyətə baxmayaraq, zirvədəki yerini qoruya bilib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin