<

Hindistanda nəvələrindən inciyən 92 yaşlı nənə məktəbə getdi

22:25 - 30 Sentyabr 2023

Hindistanda nəvələrindən inciyən 92 yaşlı nənə məktəbə getdi

 

Hindistanda 92 yaşlı qadın ilk dəfə məktəbə gedib.

 

Manset.az xəbər verir ki, Bulandşəhr rayonundan olan Səlimə Xan 1931-ci ildə anadan olub. Onun böyüdüyü kənddə məktəb olmayıb və Səlimə 14 yaşında ərə verilib.

Savadlılığın artırılması üzrə dövlət proqramının könüllüləri ona təhsil almağı məsləhət görüblər. Qadın özündən 80 yaş kiçik uşaqlarla altı ay dərslərdə iştirak edib.

Bununla da, nənə öz qərarı ilə kəndindəki daha 25 qadını ibtidai təhsil almağa ruhlandırıb.

“Nəvələrim pul saymağı bilmədiyim üçün məni aldadırdılar. Onlara əlavə pul verirdim. Artıq o günlər arxada qaldı”, - deyə qadın bildirib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin