Azərbaycanda AĞIR QƏZA -  Ölən və yaralananlar var

20:58 - 30 Sentyabr 2023

Azərbaycanda AĞIR QƏZA -  Ölən və yaralananlar var

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "Lada Priora" işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az