<

Medvedev Ukraynadakı müharibənin bitəcəyi vaxtı açıqladı

20:33 - 30 Sentyabr 2023

Medvedev Ukraynadakı müharibənin bitəcəyi vaxtı açıqladı

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı Kiyev rejimi tamamilə məhv edilənə qədər davam edəcək”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqram kanalında Yeni Regionların Rusiyaya Birləşdirilməsi Günü münasibətilə yazdığı təbrikində  bildirib.

“Xüsusi hərbi əməliyyat Kiyev rejimi tamamilə məhv edilənə və Rusiyanın əraziləri düşməndən azad edilənə qədər davam edəcək. Qələbə bizim olacaq”, – deyə Medvedev vurğulayıb.


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin