<

Qusarda avtomobil aşdı - ata və oğlu xəsarət aldı

19:17 - 30 Sentyabr 2023

Qusarda avtomobil aşdı - ata və oğlu xəsarət aldı

Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri - 1970-ci il təvəllüdlü Osmanov Burzu Taciddin oğlu və 2005-ci il təvəllüdlü Osmanov Nəriman Burzu oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin