<

İlon Maskın atası tərcümeyi-halını cəfəngiyat adlandırdı 

19:05 - 30 Sentyabr 2023

İlon Maskın atası tərcümeyi-halını cəfəngiyat adlandırdı 

SpaceX və Tesla-nın qurucusu İlon Maskın atası Errol Mask, “Walter Isaacson” tərəfindən yazılmış tərcümeyi-halı geniş cəfəngiyat adlandırıb.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, söhbət “Elon Musk” adlı kitabdan gedir. 77 yaşlı cənubi afrikalı mühəndis qeyd edib ki, bu əsərdə təqdim olunan məlumatlar reallığa uyğun gəlmir. Xüsusilə, o, aralarındakı çətin münasibətlərinin İlon Maskın şəxsi həyatında problemlər yaratması fikrini təkzib edib.

“İlon Mask hər şeyi mənə borcludur. Bunu təvazökarlıqla deyirəm. Mən əlimdən gələni etdim. Bu kitab doğru deyil. Bu tamaşa üçün materialdır. Müəllifə e-poçt göndərdim və bu barədə ona dedim”, - milyarderin atası bildirib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin