<

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid oldu

18:11 - 30 Sentyabr 2023

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid oldu

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin