Tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutuldu

17:35 - 30 Sentyabr 2023

Tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub.

 

Mingəçevir Şəhər Prokurorluğundan Manset.az-a verilən məlumata görə, sentyabrın 29-da Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhərinin M.Maqomayev prospektində tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Ceyhun İsrəfilov hadisədən sonra könüllü istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs kimi tutulub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin