<

“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət etdi

09:32 - 30 Sentyabr 2023

“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət etdi

“Kontakt” mağazalar şəbəkəsi sentyabrın 19-u başlayan antiterror tədbirlərində şəhid olan və I qrup əlillik dərəcəsi alan hərbçilərin ailələrinə, həmçinin II qrup əlillik dərəcəsi alan hərbçilərə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət ünvanlayıb:

"Əbədi torpaqlarımızı əzəli sahiblərinə qovuşduran bütün hərbçilərimizə sonsuz ehtiramımızı çatdırır, şəhidlərimizin ailələrinə başsağlığı, yaralılarımıza isə şəfa diləyirik.

 

- Şəhid olan müştərilərimizin yaxın ailə üzvlərinə;

- II qrup əlillik dərəcəsi alan müştərilərimizə;

- I qrup əlillik dərəcəsi alan müştərilərimizin həm özləri, həm də yaxın ailə üzvlərinə

*6060 – Çağrı Mərkəzimizə məhsul üzrə borcların silinməsi ilə əlaqədar müraciət etmələrini xahiş edirik.

Qeyd: Yaxın ailə üzvləri dedikdə, müştərilərin valideynləri, övladları və həyat yoldaşları nəzərdə tutulur.”


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin