"Mən sənsiz ölmədim, məni bağışla...” - Kəmalə Paşayeva

09:10 - 30 Sentyabr 2023

\"Mən sənsiz ölmədim, məni bağışla...” - Kəmalə Paşayeva

Millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı bacısı Kəmalə Paşayeva sosial media hesabında paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, deputatla fotosunu Ramiz Rövşənin “Ayrılıq” şeirinin məşhur misrası ilə paylaşıb:

“Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Qeyd edək ki, Q. Paşayeva sentabrın 28-i axşam saatlarında 48 yaşında Mərkəzi Klinikada vəfat edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv