<

Serbiyada ukraynalı general həbs edildi

00:00 - 30 Sentyabr 2023

Serbiyada ukraynalı general həbs edildi

Serbiyanın Niş şəhərinin Ali Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumovu çirkli pulların yuyulması ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Balkan xidməti məlumat yayıb.

Birinci instansiya məhkəməsinin sentyabrın 29-da hökm çıxardığı bildirilir.

Naumovun vəkili Milan Petroviçin sözlərinə görə, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin