<

Tanınmış aktyor Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

21:21 - 29 Sentyabr 2023

Tanınmış aktyor Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Türkiyəli aktyor Oktay Kaynarca ötən gün vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, Oktay Kaynarca Qənirə Paşayeva ilə bağlı paylaşımı instaqram hesabında edib: 

"Azərbaycanlı millət vəkilimiz, igid qadın Qənirə Paşayeva. Məkanın cənnət olsun".

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. ///BAKU.WS


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin