<

BPK Rusiya ilə bağlı qərarını verdi

21:15 - 29 Sentyabr 2023

BPK Rusiya ilə bağlı qərarını verdi

Rusiya idmançıları 2024-cü ildə Parisdə keçiriləcək Paralimpiya Oyunlarında neytral statusda iştirak edə biləcəklər.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidməti elan edib.

Bildirilir ki, bu barədə qərar təşkilatın Bəhreyndə keçirilən baş assambleyasında qəbul edilib.

Rusiya Federasiyasından olan idmançılar Oyunlarda yalnız fərdi neytral idmançı kimi, yəni bayraq, himn və Rusiya ilə bağlı digər simvollar olmadan iştirak edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl BPK-nin Baş Assambleyasında Rusiya Paralimpiya Komitəsinin qurumdan qismən çıxarılması barədə qərar qəbul edilib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin