Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
15:46 - 22 Sentyabr 2023
Hər bir cəmiyyətin gələcəyini uşaqlar və gənclər müəyyən edir. Buna görə də gələcək nəslin tərbiyəsi, fiziki və mənəvi inkişafı, dövrə uyğun böyüməsi çox vacib amildir. Uşaq və gənclərin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində təhsil, maraq dairələri, mühit mühim rol oynayır. Gənclərimizin cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün valideyn və mühitdən başqa dövlət də məsuliyyət daşıyır. Bu mənada dövlətimiz son zamanlar ciddi işlər görür. Psixoloji, mənəvi və fiziki cəhətdən cəhətdən hər bir uşağın sağlam böyüməsi üçün müxtəlif addımlar atır.
Mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib ki, gələcəkdə sağlam düşüncəli bir vətəndaş yetişdirmək üçün uşaqların daxili aləminə böyük zəhmət tələb olunur.
Vüqar Rəhimzadə qeyd edib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı prosesində beynəlxalq layihələrdən faydalanacağımız təqdirdə burda milli maraqlarımızı üstün tutmalıyıq. Milli maraqlar bizim üçün vacib amildir. Milli maraqları təsdiq etmədən hansısa uğurlu layihəni mənimsəyib təsbiq etmək fəsad nəticə verə bilər:
“Ən böyük layihələrdən birincisi uşaqların, yeniyetmələrin və gənclərin milli ruhda əsl vətəndaş kimi formalaşmasına töhfə verəcək layihələrdir. Hər şeydən əvvəl fəaliyyətimizi balalarımızın əsl vətəndaş kimi formalaşması ilə bağlı sferalara yönəltməliyik. Uşaq və gənclərin inkişafı, onların müasir dünyagörüşünün artırılması ilə bağlı aidiyyatı dövlət qurumları, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyən layihələr reallaşdırılır. Bu baxımdan müxtəlif layihələr, həmçinin, beynəlxalq uşaq təşkilatları və gənclərlə bağlı proqramlar həyata keçirilir. Bütün hallarda ən başlıcası milli ruhun təşəkkül tapması və o milli ruhda uşaqların, gənclərin böyüməsidir. Bununla bağlı dövlət tərəfindən lazımı addımlar atılır. Günü-gündən dünya dəyişir və dövr inkişafa doğru gedir. Atacağımız addımlar, gənc nəsil ilə bağlı reallaşdırılan bütün layihələri zamanın dövrün adekvat addımlarına uyğunlaşdırmalıyıq. Məsələn, bir neçə ay bundan öncə Xətai rayonunda Nizami Gəncəvi adına parkda belə bir tədbirin iştirakçısı oldum. Yaxudda Xətai rayonunda Heydər Əliyev adına parkda Türkiyədən gələn mürtəxəssislərin iştirakı ilə çox möhtəşəm tədbir keçirildi. Prosesin daha da genişləndirilməsi üçün ictimaiyyət institutlarında, qeyri hökumət təşkilatlarında bununla bağlı layihələr var. Gənclərin inkişafı təkcə bilik və bacarığın artırılması yox dünyagörüşün genişləndirilməsi ilə bağlıdır. Yer kürəsi vahid bir ev, vahid bir məkandır. Biz özümüzü o evdən təcrid edə bilmərik. Dünya istər mənfi və müsbət dəyişikliklərə məruz qalır. Həm elmi bilik bacarığımızın artırılması, həm də dünya təcrübəsi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsində müsbət yenilikləri ölkəmizdə tətbiq etməliyik”.
Sosioloq Lalə Mehralı isə uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə əlaqədar Manset.az-a müsahibəsində əslində ölkəmizdə bununla bağlı bir çox layihələrin olduğunu lakin icraya gəlincə mexanizmin yaxşı qurulmaması səbəbindən gənclərin bundan yararlana bilmədiyi vurğulayıb.
Sosioloq qeyd edib ki, çox gözlər layihələr ola bilər, amma bunlar yalnız kağız üzərində qalır və işləmə mexanizmi yox dərəcəsindədir:
“Biz “Gənclər Evi”, “Gənclərin bədii yaradıcılıq evləri” modelində əslində layihələrin olduğunu görürük. Hər rayonda Gənclər Evləri tikilib və hər şəraitlə təmin olunub. Orada gənclərin fiziki və mənəvi inkişafı, asudə vaxtlarını səmərəli təşkil etmələri üçün hər bir şərait var. Lakin bu gənclər evlərinin hamısının qapısı qıfıllıdır. Sadəcə hər hansı bir tədbir zamanı məkana ehtiyac olanda istifadə olunur. Dövlət Gənclər Evlərini ölkənin gəncləri üçün inşa edib. Necəki Məscid qapısı hər gələnə gedənə açıq olur, Gənclər evlərinin qapısı da elə açıq olmalıdır. Orda gənclər üçün təmənnasız şərait qurulub. Gənclər oranın imkanlarından istifadə etməlidir. Amma gəlin görək nə qədər gənc ordan yararlana bilir. Kiçik bir sorğu etsək sosial onda görerik ki, nə qədər gənc Gənclər evlərinin fəaliyyətindən, ümumiyyətlə belə bir evin varlığından xəbəri yoxdur. Gənclərin çoxusu bu barədə məlumatsızdır. Çünki təbliğat kampaniyası yaxşı aparılmır. Dövlət və aiddiyyatı qurumlar gənclərlə işləməyi bir növ qarşısına öhdəlik kimi götürməlidir. Çünki bu dövlətin, cəmiyyətin sabahı o gənclərdir. Vaxt gələcək estafet gənclərin olacaq, həmin vaxt o gənclər hər şeyə hazır olmalıdır”.
Lalə Mehralı bildirib ki, dövlətin kölgəsini hər bir ailə övladını böyüdəndə hiss etməlidir, çünki bu gənclər sabahın vətən müdafiəçiləri, döyüşən əli, ayağı, gözü və beynidir:
“Xarici ölkələrin təcrübəsindən ən birinci uşaqlara uşaq pulu verməyi götürməliyik. Yeni doğulan körpələrə ödənilən məbləğin mibdarını artırmaq lazımdır. Biz böyük rəqəmlərdən yox simvolik rəqəmlərdən danışırıq. Kimin imkanı var övladını hər şeylə təmin edə bilir. Amma hamı övladını faydalı məşğuliyyətlərə göndərə bilməyən valideynlər var. Bu gün valideynlər övladlarını repetitor yanına göndərməkdən maddi baxımdan əlavə məşğuliyyət növlərinə imkan qalmır. Bəs bu uşaqlar asudə vaxtı necə dəyərləndirsinlər? Bu baxımdan aidiyyatı qurumlar fəaliyyətsizlik nümayiş etdirir. Gənclər və İdman Nazirliyi gənclər üçün təmənnasız, asudə vaxtlarını səmərli keçirməsi üçün məşğuliyyət təmin etməlidir. Ölkədə yüz minlərlə gəncin asudə vaxtını səmərəli keçirməyə və gəncliyini yaşamağa imkanı yoxdur. Əvvəllər piyaner evləri vardı. Uşaqlar, gənclər dövlət hesabına gedib dincəlirdilər. Bu gün cüzi bir məbləğ qarşılığında bu cür tədbirlər təşkil olunsa valideynlər o məbləği ödəyərlər”.
6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin