Misirli iş adamı Vael Hana Türkiyə əleyhinə çıxışları ilə tanınan ABŞ-ın Nyu-Cersi senatoru Bob Menendesə rüşvət verməkdə günahlandırılır.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Sentyabrın 22-də dərc edilən federal ittihamnamədə Menendezin sektorda təcrübəsi olmamasına baxmayaraq, tenderdə qalib gələrək ABŞ-da halal sertifikatı alan Hananın startap şirkəti “IS EG Halal” qarşılığında rüşvət aldığı bildirilir.
İddianamədə Menendezin evində axtarış zamanı ələ keçirilən 150 min dollar dəyərində iki qızıl külçə və 480 min dollarlıq gizli nağd pul kimi korrupsiya fəaliyyətlərinə qarışdığı və həyat yoldaşı üçün lüks avtomobil aldığı qeyd edilib.
İş adamı Vael Hana sentyabrın 26-da Menendesə minlərlə dollar rüşvət verdiyi səbəbi ilə Con Kennedi Beynəlxalq Hava Limanında saxlanılıb.
Hananın vəkili Lourens Lutsberq CBS News-a verdiyi açıqlamada Hananın “təqsirsizliyini sübut etmək üçün Misirdən könüllü olaraq qayıtdığını və onlar onun günahsızlığını məhkəmədə sübut edə biləcəklərinə inandıqlarını” deyib.
Qeyd edilir ki, misirli iş adamı Hananın rüşvət işində adı keçən Nyu Cersili iş adamları Fred Daibes və Xose Uribe ilə də biznes əlaqələri var.
Jalə
Manşet.az