Ermənistan müxalifəti İrəvanda yenidən mitinq keçirəcək

18:15 - 28 Sentyabr 2023

Ermənistan müxalifəti İrəvanda yenidən mitinq keçirəcək

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən Ermənistan müxalifəti sentyabrın 30-da İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i aksiyaları əlaqələndirən milli komitəyə istinadən məlumat yayıb.

“Sentyabrın 30-da Milli Komitə Respublika Meydanında mitinq keçirəcək”, - məlumatda bildirilib.

Xatırladaq ki, sentyabrın 19-dan İrəvanın mərkəzində tez-tez etiraz aksiyaları təşkil olunur. Etirazçılar Paşinyanın istefasını tələb edirlər. Vaxtaşırı etirazçılarla polis arasında toqquşmalar da baş verir. Son günlər polis onların kütləvi həbslərinə başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az