İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu ortaya çıxıb
Manset.az Fransanın Le Dauphine Libere xəbər saytına istinadən xəbər verir ki,, Drome bölgəsində yaşayan təqaüdçü fransız qadının bir neçə gündür ondan xəbər ala bilməyən qızı jandarmaya zəng edərək anasına çata bilmədiyini bildirib.
Polis qrupları, bölgədəki evində tapılmayan 77 yaşlı qadın üçün itkin hesabatı açıb.
Qadının İsere bölgəsindəki digər evində axtarışa başlayan qruplar orada da qadının izinə rast gəlinməyib.
Ölməkdə şübhəli bilinən qadın bu gün qızına zəng edərək fikrini dincəlmək üçün bir neçə günlük İtaliyaya tətilə getdiyini bildirib.
Narahat olduqlarını dilə gətirən qızına yaşlı qadın “vaxt azlığından çamadanlarını hazırlamaqla məşğul olduğu üçün Fransadan getməzdən əvvəl mənə məlumat verməyi unutmuşdu” cavabını verib.
Həqiqət üzə çıxanda qadınla bağlı “itkin” bildirişi götürülüb.
Jalə
Manşet.az