<

Pakistanda qırmızı göz epidemiyası: 86 min adam xəstəxanalıq oldu

17:48 - 28 Sentyabr 2023

Pakistanda qırmızı göz epidemiyası: 86 min adam xəstəxanalıq oldu

Pakistanın Pəncab əyalətində qırmızı göz xəstəliyi şikayəti ilə xəstəxanalara müraciət edənlərin sayı 86 minə çatıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyin qarşısını almaq üçün məktəblərdə tədris dayandırılıb.

Xalq arasında "Qırmızı Göz" xəstəliyi kimi tanınan konjonktivit epidemiyası ölkədə tüğyan edir. Pəncab əyalətində konyunktivit səbəbiylə xəstəxanalara müraciət edənlərin sayının 86 minə çatdığı bildirilib. Yoluxucu göz virusunun yayılmasının qarşısını almaq üçün 56 mindən çox dövlət və özəl məktəbdə təhsil dayandırılıb.

Mütəxəssislər yaxın günlərdə bu halların daha da artacağından narahatdırlar.

Aygün

Manşet.az


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin