<

Hindistanda komendant saatı elan edildi - Bu səbəbdən

17:35 - 28 Sentyabr 2023

Hindistanda komendant saatı elan edildi - Bu səbəbdən

Hindistanda itkin düşən 2 tələbənin öldürüldüyü üzə çıxdıqdan sonra etiraz aksiyaları və bir müddət şiddətə səhnə olan Manipur əyalətində komendant saatı elan edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, polislə nümayişçilər arasında baş verən qarşıdurmadan sonra Manipur rəsmiləri yenidən komendant saatı elan edilməsinə qərar verib.

İmfalda qadağanın bərpası ştatda internetə giriş məhdudiyyətlərinin bərpasından bir gün sonra baş verib.

İyul ayından bəri Hindistanda itkin düşən 2 tələbənin öldürüldüyü üzə çıxdıqdan sonra yüzlərlə tələbə Manipurda etiraz aksiyası təşkil edib, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və tüstü bombaları ilə müdaxilə edib.

Bundan əlavə, əsgərlərə Manipurda şübhəli hesab etdikləri insanları öldürmək səlahiyyəti verən Silahlı Qüvvələrin Xüsusi Səlahiyyətləri Aktı (AFSPA) da daha 6 ay uzadılıb.

Qanuna görə, əsgərlər məhkəmə qərarı olmadan axtarış və həbs etmək səlahiyyətinə də malikdirlər və heç vaxt əməllərinə görə təqib olunmurlar.

Aygün

Manşet.az


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin