<

“Harri Potter” filminin daha bir ulduzu vəfat etdi

17:59 - 28 Sentyabr 2023

“Harri Potter” filminin daha bir ulduzu vəfat etdi

“Harri Potter” filmlərindəki professor “Dambldor” obrazı ilə tanınan irland və britaniyalı aktyor Maykl Qembon 82 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Press Assosiation” agentliyi onun ailəsinə istinadən yazıb.

“Aktyor ser Maykl Qembon 82 yaşında xəstəxanada dünyasını dəyişib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2022-ci ildə filmin yadda qalan obrazlarından biri olan Rubeus Haqrid rolunu canlandıran Robbi Koltreyn 72 yaşında vəfat edib.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin