<

İstanbulda binada güclü partlayış: 1 ölü, 4 yaralı var

17:10 - 28 Sentyabr 2023

İstanbulda binada güclü partlayış: 1 ölü, 4 yaralı var

İstanbulun Şirinevler qəsəbəsində binada partlayış baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii qazdan qaynaqlandığı bildirilən partlayışda 1 nəfər ölüb, 2-si ağır olmaqla 4 nəfər yaralanıb.

Bölgədən çəkilən görüntülər vəziyyətin ciddiliyini ortaya qoyub.

Digər tərəfdən partlayışın şiddətindən ətrafdakı binalar və mağazalar da zərər görüb. Binalardan dağıntılar, beton və şüşə parçaları qopub. Partlayışın gücündən bəzi ağaclar aşıb. Küçədə dayanmış avtomobillərin bəzilərinə ziyan dəyib.

Aygün

Manşet.az

 



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin