Rusiya lideri Putinin muzdlu qruplaşması “Vaqner”ə məxsus “İlyuşin İL-76” hərbi-nəqliyyat təyyarəsi Malidəki Qao hava limanında uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu zaman təyyarədə olan 140 nəfər həyatını itirib. Təyyarədə Mali və Vaqner əsgərlərinin olduğu bildirilib. Sentyabrın 23-də baş verən hadisənin görüntüləri dünən yayımlanıb.
Qəzadan sonra alovlanan təyyarədə ölənlər arasında rus pilotun da olduğu bildirilib. Qəzanın təyyarənin yanacaq çənindəki nasazlığın səbəb ola biləcəyi bildirilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aygün
Manşet.az