"Ceyhunun idarə rəislərimizi və əməkdaşlarımızı quldur adlandırmasını bilməmişəm" - Zaur Mikayılov
30 Oktyabr 2024
16:38 - 28 Sentyabr 2023
İspaniyanın Barselona klubunun bir şirkətlə müqavilə bağlayaraq hakimlər haqqında məlumat əldə etməyə çalışdığı iddiaları ilə bağlı istintaq başladılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma çərçivəsində Hakimlər Texniki Komitəsinin ofislərində polis və jandarma tərəfindən axtarış aparılıb.
Məsələ ilə bağlı açıqlama verən La Liqa prezidenti Xavier Tebas iddia prosesi ilə bağlı "Hakimin qərarı xəbərdarlıqdan aşağı liqaya qədər dəyişə bilər" deyib.
Barselona Ədliyyə Polisi Birliyinin İqtisadi və Texnoloji Cinayətlər Qrupu və jandarma ilə əlaqəli bölmələrin İspaniya Futbol Federasiyasına bağlı CTA-nın Madriddəki ofislərinə getdiyi bildirilib. Təhlükəsizlik bölmələrinin hadisənin araşdırılması ilə bağlı sənədləri axtardığı, hər hansı bir şəxsin saxlanılmasının nəzərdə tutulmadığı qeyd edilib.
Aygün
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin