<

Azərbaycan Xankəndiyə 30 avtobus göndərdi

16:11 - 28 Sentyabr 2023

Azərbaycan Xankəndiyə 30 avtobus göndərdi

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olub.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Manset.az-a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin