Türkiyəli aktrisa Farah Zeynep Abdullahın 2022-ci ildə baş rolda olduğu “Bergen” filmi dünən axşam ilk dəfə ATV-də yayımı zamanı bəzi səhnələrin kəsilərək senzuraya məruz qaldığı görülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, filmdəki senzuraya reaksiya verən Abdullah "Deməyə sözüm yoxdur, çox utanıram, tamaşaçılardan üzr istəyirəm", - deyib.
Farah Zeynep Abdullah, Erdal Beşikçioğlu və Tilbe Saranın rol aldığı filmə baxan bir çox istifadəçi əksər səhnələrin kəsildiyini və senzuraya məruz qaldığını deyərək X sosial media hesablarında sərt reaksiya verib.
Reaksiyalardan sonra səssiz qalmayan aktrisa “bu gülünc senzuraya görə tamaşaçılardan üzr istəyirəm”, - deyə paylaşım edib.
Aygün
Manşet.az