<

İngiltərə türk estetik klinikaların reklamına qadağa qoydu: Nazirlik hərəkətə keçdi

15:30 - 28 Sentyabr 2023

İngiltərə türk estetik klinikaların reklamına qadağa qoydu: Nazirlik hərəkətə keçdi

Hər 10 britaniyalıdan 6-sı estetik əməliyyatların həm daha təhlükəsiz, həm də daha sərfəli olduğu üçün özlərini türk həkimlərinin əlinə buraxıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən çaxnaşma içində olan İngiltərə türk mərkəzlərinin reklamını ölkədə qadağan edib.  

İngilislər son bir ildə 1 milyard funt-sterlinq valyuta itirəndən sonra türk mərkəzlərinin tanıtımını qadağan ediblər. Hətta türk həkimlərə böhtan atan xəbərlər də yayımlayıblar.

Türkiyə sağlamlıq turizmində möhkəm addımlar atarkən, ingilislərin qorxusu pik həddə çatıb. Araşdırmalara görə, estetik əməliyyata üstünlük verən hər 10-cu britaniyalı Türkiyəyə gəlib. Təkcə keçən il 1 milyard funt-sterlinq xarici valyuta yatıran ingilislər çarəni qadağada tapıblar.

Aygün

Manşet.az  


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin