<

“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi” - Selçuq Bayraktar

15:25 - 28 Sentyabr 2023

“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi” - Selçuq Bayraktar

“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar “TV 100”ün efirində deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı: “Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.

S.Bayraktar, həmçinin söyləyib ki, Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı: “Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək”.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin