ABŞ-ın Florida ştatında 3 yaşlı qız evdə tapdığı silahla oynayarkən özünü güllələyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kiçik qız xoşbəxtlikdən sağ qalıb və həmin anlar evdəki kamera ilə anbaan lentə alınıb.
Beləki, Serenity adlı 3 yaşlı qız qonaq otağında matça baxan qohumuna məxsus tapança ilə özünə atəş açıb. Həkimlərin dediyinə görə qızın vəziyyəti normaldır.
Silahın sahibi 23 yaşlı Orlando Yanq silahı ortada qoyaraq səhlənkarlıq etdiyinə görə həbs edilib. Gənc bir neçə gün sonra zaminə buraxılıb. Sözügedən görüntülərdə gəncin silaha doğru gedən qıza "toxunma" xəbərdarlığı etdiyi, daha sonra isə matçı izlədiyi görünür. Lakin qız divandan silahı götürüb və atəş açıb.
Aygün
Manşet.az