Buludlarda mikroplastiklər  aşkar edildi

14:43 - 28 Sentyabr 2023

Buludlarda mikroplastiklər  aşkar edildi

Yaponiyanın Vaseda Universitetində aparılan araşdırmada buludlarda insan sağlamlığı üçün zərərli olan mikroplastiklərin varlığı araşdırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar Fuji və Oyama dağlarında 1300 ilə 3 min 776 metr yüksəklikdəki buludlardan nümunələr toplayıb və qabaqcıl görüntüləmə üsulları ilə bu nümunələri araşdırıblar.

Nümunələrin tədqiqindən sonra buludlarda 9 fərqli polimer növü aşkar edilib.

Buludlarda hər litr su buxarında orta hesabla 6,7-13,9 mikroplastik hissəcik olduğunu təyin edən tədqiqatçılar bu vəziyyətin iqlimə təsir edə biləcəyinin vurğulayıblar.

Tədqiqatçılar qeyd edib ki, əgər “plastik havanın çirklənməsi” problemi həll edilməsə, iqlim dəyişikliyi və ekoloji risklər baş verə bilər və gələcəkdə ətraf mühitə geri dönməz ciddi ziyan dəyər.

Aygün

Manşet.az


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin