Alman avtomobil istehsalçısı Volkswagen-in Almaniyadakı 4 və bəzi digər ölkələrdəki zavodlarında kompüter sistemindəki nasazlıq səbəbindən istehsal dayanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət nasazlığın mənbəyini araşdırmaq üçün böhran masası yaradıb.
Wolfsburg, Emden, Zwickau və Osnabrück Kassel, Braunschweig və Salzgitterdəki ehtiyat hissələri fabrikləri də sözügedən kompüter sistemindəki nasazlıqdan təsirlənib.
Volkswagen ofislərindəki kompüterlərdə e-poçt rabitəsi kimi mərkəzi proqramların işləmədiyi ifadə edilib.
Şirkət kiberhücum ehtimalını istisna edib.
Aygün
Manşet.az