“Sihirli Annem”, “Çocuklar Duymasın” kimi məşhur seriallarda da rol alan türkiyəli aktrisa Seda Fettahoğlu parkda ölü tapılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulun Beyoğlu rayonunda parkda gəzintiyə çıxan gənc universitet tələbəsi əvvəlcə silah səsləri eşitdiyini, daha sonra yerdə uzanan qadını görüb polisə xəbər verib.
Xəbər üzərinə hərəkətə keçən polis qrupları müayinədən sonra cəsədin aktrisa Seda Fəttahoğluna aid olduğunu bildirib.
İntihar etdiyi düşünülən Fəttahoğlunun yanında isə jurnalda qeydiyyatlı saxlama icazəsi olan silah və 7 ədəd patron tapılıb. Aktyorun silahı həmin gün aldığı iddia edilib.
Bundan əlavə, aktrisanın çantasında çoxlu antidepresan dərman olduğu görülüb.
Aygün
Manşet.az