<

Məşhur blogerin 2 milyon vergi borcu yaranıb

00:56 - 28 Sentyabr 2023

Məşhur blogerin 2 milyon vergi borcu yaranıb

Rusiyanın Federal Vergi Xidməti Lerçek kimi tanınan bloger Valeriya Çekalinanı vergiləri ödəmədiyinə görə 124 milyon rubl (təxminən 2 milyon 182 min manat) cərimə ödəməyə məcbur edəcək.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, bu barədə blogerin vəkili Konstantin Tretyakova məlumat yayıb.

Onun sözlərinə görə, Federal Vergi Xidməti qərarını sentyabrın 18-də verib. Xidmət Çekalina və əri Artemdən cərimə ödəmələrini tələb edib. 

Tretyakov əlavə edib ki, hazırda cütlük bunu edə bilməz, çünki onların əmlakına və hesablarına cinayət işi çərçivəsində həbs qoyulub.



Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin