Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce Azərbaycan ordusunun antiterror tədbirləri nəticəsində şəhid olan hərbçiləri ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, bu barədə o “X” hesabında yazıb.
“Qarabağda antiterror tədbirlərində şəhid olan 192 azərbaycanlı əsgərimizə Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm”, - deyə partiya sədri qeyd edib.