<

Ermənistan KTMT-yə nümayəndə göndərməyəcək

22:04 - 27 Sentyabr 2023

Ermənistan KTMT-yə nümayəndə göndərməyəcək

Ermənistan KTMT-dəyə daimi və səlahiyyətli nümayəndə təyin etmək niyyətində deyil.

 

Manset.az xəbər verir ki, bu barədə "Factor.am" nəşri öz mənbələrinə istinadən yazıb.

İrəvan təşkilatdakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov geri çağırıldıqdan sonra onun yerinə başqasını təyin etməmək qərarına gəlib.

Nəşrin məlumatına görə, KTMT-də səfir postu vakant qalacaq.

Xatırladaq ki, sentyabrın 5-də Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin