<

İranlı qadınlara Neymarı izləmək icazəsi verildi

21:50 - 27 Sentyabr 2023

İranlı qadınlara Neymarı izləmək icazəsi verildi

Asiya Çempionlar Liqasının həyəcanını yaşayan İranın paytaxtı bu dəfə məşhur braziliyalı futbolçu Neymarı qəbul edir.

 

Manset.az xəbər verir ki, Neymarın komandası “Əl-Hilal” və İranın “Nessaci Mazenderan” komandası oktyabrın 3-də Tehranın “Azadi” stadionunda üz-üzə gələcək.

Bu mühüm qarşılaşma iranlı qadın futbolsevərlərə uzun müddətdən sonra tribunada olmaq imkanı yaradacaq. Belə ki, yerli mətbuatın məlumatına görə, iranlı qadınlar “Əl-Hilal” - “Nessaci Mazenderan” matçını stadiondan izləyə biləcəklər. Bunun üçün onlara 2500 yer ayrılıb.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin