<

Koronavirusdan daha təhlükəli pandemiya gəlir

20:05 - 27 Sentyabr 2023

Koronavirusdan daha təhlükəli pandemiya gəlir

Vyetnamda meymunçiçəyi virusunun insandan insana keçməsi ilə bağlı ilk hadisə qeydə alınıb.

 

Manset.az  oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə departamentindən xəbər verilib.

Binzıonq vilayətinin 22 yaşlı sakini birlikdə yaşadığı sevgilisindən meymunçiçəyi virusuna yoluxub.

O, ölkədə bu diaqnozla üçüncü xəstədir. Qadın hazırda xəstəxanada karantindədir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə illik assambleyada çıxışında meymunçiçəyi ilə bağlı məlumat verərək, bu xəstəliyin dünyada yeni pandemiya təhlükəsi yaratdığı barədə xəbərdarlıq edib. O, yeni epidemiyanın COVID-19-dan daha təhlükəli ola biləcəyini vurğulayıb.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin