8 nəfər FETÖ-çu nəzarətə alındı

19:52 - 27 Sentyabr 2023

8 nəfər FETÖ-çu nəzarətə alındı

Türkiyənin Təkirdağ  şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib və 8 nəfər saxlanılıb.


Manset.az xəbər verir ki, Bölgə Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, terror təşkilatlarının deşifrə edilməsi və fəaliyyətlərinə son qoyulması istiqamətində işlər davam etdirilir.

Bu çərçivədə keçmişdə FETÖ-nün hərbi gizli strukturu, polis məxfi strukturu və tələbə strukturu daxilində fəaliyyətdə olduğu təsbit edilib.

Nəzarətə alınan şübhəlilər polis bölməsindəki əməliyyatların ardından Tekirdağ Ədliyyəsinə sövq edilib.

Jalə

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin